AZ

Zemfira Əbdülsəmədova: "Qayınanam dedi ki, uşağın olsun sonra qışqırarsan"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının qonağı aktrisa Zemfira Əbdülsəmədova olub. O, teatr sənətinə yeni gələn gənclərə məsləhətlər verib:
"Bu sənətdə məşhurluq qazanmaq uzun, məşəqqətli bir yoldur. Bunun üçün istedadından, zəhmətkeşliyindən asılı olmayaraq davamlı çalışmaq lazımdır. Ağrı-acı, haqsızlıqlar digər peşələrdə olduğu kimi, bizdə də var, amma teatrda, kinoda bunlar daha çox üzdədir. Ona görə də səbirli, mərhəmətli olmaq lazımdır".
Z.Əbdülsəmədova aparıcının "Azərbaycanda bir aktrisanın həyat yoldaşı nələrə hazır olmalıdır" sualına belə cavab verib:
"Onun əlindən tutmalı, arxasında durmalı, balalarını bərabər böyüdüb, tərbiyə etməlidir. Necə ki, bunları həyat yoldaşım edir, mən ondan çox razıyam. Bəzən söz-söhbət olsa da, ortaq məxrəcə gələ bilməsək də, o, həmişə arxamdadır. Buna görə də mən ona minnətdaram".
Aktrisa verilişdə bakılılardan da bəhs edib.
"Bakılıların xasiyyəti sərt olur. Nənəm də, anam da tündxasiyyətli idilər. Həmişə sözü üzə sərt şəkildə deyirdilər. Mən də onların yolu ilə getmişəm. Qayınanamın çox yaxşı bir sözü var idi, o da mənə bir dərsdir. Bir dəfə rayona getmişdik. Oturmuşduq, bu zaman bərk danışmağa, gülməyə başladım. Qayınanam mənə dedi ki, hələ sənin qoy iki uşağın olsun, ondan sonra qışqırarsan", - deyə o qeyd edib.
Ətraflı süjetdə:
Seçilən
37
15
oxu.az

10Mənbələr