Beynəlxalq Ədalət Məhkəməsi Bakı və İrəvana irqi ayrı-seçkiliklə bağlı sənədlər hazırlamaq üçün bir il vaxt verib.
Teleqraf.com xəbər verir ki, bu barədə qurumun press-relizlərində deyilir.
Qeyd edildiyi kimi, söhbət əks memorandumlardan – tərəflərin işin mahiyyəti üzrə qarşı tərəfin arqumentlərini təkzib etdiyi sənədlərdən gedir.
Sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır.
Xatırladaq ki, Ermənistan 2021-ci il sentyabrın 16-da Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla məhkəmə prosesi başladıb.
Bakı isə həmin il sentyabrın 23-də əks iddia qaldıraraq, İrəvanın regionda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini və bunu törətməyə davam etdiyini açıqlayıb.
Müəllif: Teleqraf.com