AZ

Şoltsun Putinə zəngi dəhşətli səhv idi - Estoniya

Almaniya kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı Rusiyanın Ukraynaya müharibəsi qarşısında Avropa Birliyini zəiflədən strateji səhvdir.

Axar.az xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.

“Bu, strateji səhv idi. Putini təcrid vəziyyətində saxlamağa dair prinsipial razılaşmamız var idi", - AB xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü çərçivəsində “Röyters”ə müsahibəsində Tsahkna bildirib.

Onun sözlərinə görə, Putin konstruktiv danışıqlarda iştirak etməyə və qoşunlarını Ukraynadan çıxarmağa hazır olduğunu göstərənə qədər bu mövqe saxlanılmalıdır:

“Lakin Putin indi bunun tam əksini edir, Şoltsun çağırışından sonrakı günlərdə Ukraynaya ən qəddar hücumlarından birini həyata keçirdi”.

Seçilən
39
axar.az

1Mənbələr