AZ

Baş məşqçini oyundan sonra güllələdilər - FOTO

Rusiya yığmasının keçmiş futbolçusu Vadim Yevseyev silahlı hücuma məruz qalıb.

Sportinfo.az xəbər verir ki, hadisə onun baş məşqçisi olduğu “Leninqradts”in Rusiya 2-ci liqasında “Volqar-Astarxan”la keçirilən oyundan sonra baş verib.

O, hücumdan sonra dərhal xəstəxanaya çatdırılıb. Ona gözünün selikli qişasının yanığı diaqnozu qoyulub və üzündəki yaraya görə tibbi yardım tələb olunub.

Cinayəti törədənlərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılacağı bildirilib. Hücumun dəqiq səbəbləri hələ də bəlli deyil.

Lakin “Leninqradets”artıq baş verənlərin əvvəlki matçlarla heç bir əlaqəsi olmadığını açıqlayıb.

Rusiya millisində 20 oyunda 1 qola imza atan sabiq müdafiəçi hazırda “Leninqradets”i çalışdırır.

rusiya-millisinin-sabiq-uzvune-silahli-hucum

Seçilən
28
sportinfo.az

1Mənbələr