AZ

Türkiyədə deputatının qardaşı ÖLÜ TAPILDI

Qaziantep Millət vəkili Ərtoğrul Qayanın qardaşı Mehmet Ali Kayanın (42) avtomobilində hərəkətsiz vəziyyətdə dayandığını görənlər vəziyyəti 112-yə bildiriblər.

News24.az NTV-yə istinadən xəbər verir ki, gələn qruplar kilidli avtomobili açanda Kayanı qanlar içində tapıblar. Sağlamlıq qrupları tərəfindən aparılan müayinə zamanı Kayanın öldüyü müəyyən edilib.

Maşında lisenziyalı silah olan və bədəninə bir güllə dəyərək öldüyü müəyyən edilən Kayanın cəsədi meyitxanaya aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə

Seçilən
24
news24.az

1Mənbələr