AZ

Həzrət Əlini əfsanəyə çevirən Xeybər şəhəri tapıldı-FOTO

Əl-Nata adlanan şəhərin xarabalıqlarının, Ərəbistan yarımadasının şimal-qərbində səhra ilə əhatə olunmuş münbit, eləcə də yaşıllıq ərazi olan Xeybər vahəsində uzun əsrlərdir ki, gizli qalan sirli şəhər nəhayət tapılıb.

Azpost.info bildirir ki, fransız arxeoloq, alim Qiyom Şarlo, onun rəhbərlik etdiyi böyük arxeoloqlar qrupu tədqiqatlar zamanı elmə gizli qalan sirri üzə çıxara biliblər. Şarlonun rəhbərliyi ilə arxeoloqlar uzunluğu 14,5 kilometr olan qədim divarı aşkar ediblər. Şarlo bu yeni tapıntı barədə açıqlamasında bildirib ki, fransız-ərəb tədqiqatçılar qrupu “həmin divarların yaşayış mühiti ətrafında təşkil edildiyinə dair sübutlar təqdim edib”.

Tədqiqatçıların fikrincə, zamanında bəlkə də 500-ə qədər insanın yaşadığı təxmin edilən bu şəhər eramızdan əvvəl 2400-cü ildə, tarixin Erkən Tunc dövründə salınıb. “Belə görünür ki, bu şəhər təxminən min ildən sonra tərk edilib. Bunun nəyə görə baş verməsi səbəbini isə heç kim bilmir” -deyə fransalı arxeoloq bildirib. Arxeoloq, alim həmçinin əlavə edib ki, daha bir çox təəccüb doğuracaq məqam var. Şarlonun dediyinə görə Əl-Nata tikiləndə, artıq bu ərazidə, müasir Suriyanın torpaqlarından İordaniyaya qədər, Aralıq dənizi boyunca Levant bölgəsində mədəniyyətin dirçəlişi və şəhərlərin çiçəklənməsi proseslərinin yüksək mərhələsi başlamışdı.

O dövrdə Ərəbistanın şimal-qərbi köçəri çobanlar tərəfindən keçilən, sərdabələrlə bəzədilmiş istifadəsiz səhra sayılırdı. Bu, 15 il əvvələ qədər, arxeoloqlar Xeybərin şimalındakı Tayma vahəsi ərazisində tunc dövrünə aid divarları aşkar edənə qədər də belə idi. Lakin illər sonra bu “vacib ilk kəşf” alimləri həmin əraziyə, həmçinin də vahələrə daha yaxından baxmağa, orada qazıntılar aparmağa sövq etdi. Nəticədə isə Xeybər adlanan bu itmiş, sirli şəhəri tapıb ona yuxarıdan baxmaq və ərazisini ətraflı müşahidə etmək, həmçinin də çox sayda potensial yollarını, tikilmiş evlərin təməllərini aşkar çıxarmaq mümkün oldu.

Qeyd edək ki, Xeybər şəhəri, onun divarı önündə tikilmiş qala tarixdə, hicrətin 7-ci ilində yəhudilərlə qarşı başlamış savaşda qəhrəmanlıq göstərən bir şəxsiyyətin və İslam peyğəmbəri həzrəti Məhəmmədin əmisi oğlu, kürəkəni olan, eləcə də İslam aləmində dördüncürRəşidi xəlifəsi sayılan İmam Əli ibn Əbu Talibin adı ilə də yanaşı xatırlanır.

Oqtay Qorçu

Seçilən
31
20
azpost.info

10Mənbələr