AZ

ABŞ-da Bayden üçüncü dünya müharibəsinə yaxınlaşmaqda ittiham olunurdu

ABŞ-ın hazırkı prezidenti Co Bayden hələ də üçüncü dünya müharibəsini başlatmağa çalışır.

Editor.az xəbər verir ki, bunu amerikalı jurnalist və siyasi fəal Çarli Kirk “X” sosial şəbəkəsində Ağ Ev rəhbərinin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Amerikanın uzaqmənzilli raketlərindən istifadə etməyə icazə vermək qərarına münasibət bildirərkən deyib.

O, Amerika liderinin niyyətlərinin “tamamilə dəli-dolu olduğunu” deyib. Kirk Baydenin qərarının nəticələrini və Rusiyanın buna cavabını nəzərdən keçirməyə çağırıb.”Təsəvvür edin, Rusiya ABŞ-a atəş açmaq üçün kiməsə raket verir!” – jurnalist yazıb.

Noyabrın 17-də “The New York Times” mənbələrə istinadən yazıb ki, Bayden ilk dəfə olaraq Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib. Mənbələrin məlumatına görə, bu silahların ilk növbədə Kursk bölgəsindəki rus qoşunlarına və orada yerləşdiyi iddia edilən Şimali Koreya ordusuna hücum edəcəyi güman edilir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
49
1
editor.az

10Mənbələr