AZ

Livan ABŞ-nin İsraillə atəşkəs təklifi ilə razılaşdığını təsdiqləyib

Livan və “Hizbullah” ABŞ-nin İsraillə atəşkəs təklifi ilə razılaşıb, lakin onun məzmunu ilə bağlı bir neçə şərh verib...

Poliqon xəbər verir ki, bunu Livan parlamentinin spikeri Əli Həsən Xəlil Reuters Agentliyinə bildirib. Lakin spiker Livan tərəfinin konkret nə ilə razılaşmadığını aydınlaşdırmayıb.

Agentlik danışıqlarla tanış olan diplomata istinadən xəbər verib ki, atəşkəs sazişinin təfərrüatları hələ razılaşdırılmayıb və bu, atəşkəsin əldə olunmasını gecikdirə bilər. ABŞ-ın xüsusi nümayəndəsi Amos Hokşteynin tezliklə Beyruta gələcəyi gözlənilir. Keçən həftəHokşteyn razılığın əldə olunacağına ümid etdiyini bildirib.

Əli Həsən Xəlil bildirib ki, dünən, noyabrın 18-də Livan ABŞ səfirinə yazılı cavab göndərib. Spikerin sözlərinə görə, təşəbbüsün uğuru indi İsraildən asılıdır. Parlament rəhbəri hesab edir ki, İsrail həll yolu tapmaq istəməsə, “100 problem yarada bilər”. İsrail hələ ki, Livanın mövqeyini şərh etməyib.

Poliqon.info

Seçilən
34
50
poliqon.info

10Mənbələr