AZ

İran və Rusiya arasında əməkdaşlıq xarici amillərdən təsirlənməyəcək – ÖZƏL

İranın Avropa ölkələri ilə nüvə sazişi bağlaması Tehranın Rusiya ilə münasibətlərinə təsir göstərməyəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Calali "RİA Novosti"yə açıqlamasında bildirib.

"Xeyr, biz iki qonşu ölkəyik və təbii ki, qonşuluq amili və İranla Rusiya arasında mövcud olan ümumi yanaşmalar sayəsində birgə əməkdaşlıq yollarını tapmışıq," - deyə diplomat vurğulayıb.

Calali əlavə edib ki, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi heç bir xarici amil tərəfindən məhdudlaşdırıla bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr