AZ

Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru və bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Natalya Bulanova seminar keçəcək.

AGF-nin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, dekabrın 6-7-də Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 10:00-da start götürəcək.

Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü 2025-2028-ci illər üçün yeni qaydalarla bağlı hakimlər üçün seminar təşkil edəcək.

Seçilən
10
5
ikisahil.az

6Mənbələr