AZ

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək

Hazırda “Aİ-95” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənən məhsullar siyahısına daxil edilməyib, lakin yaxın zamanlarda Nazirlər Kabineti tərəfindən əlavə ediləcəyi gözlənilir.

İnterpress.az xəbər verir ki, bunu Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, “Aİ-95” və “Aİ-98” markalı yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənmir: “Aİ-98” markalı benzinin Azərbaycanda istehsalı həyata keçirilmir və buna görə də onun qiymətinin dövlət tərəfindən tənzimlənməyəcək”.

R. Qurbanov bildirib ki, bu yanacaq növlərinin istehsalı zamanı ətraf mühitə mənfi təsirlər qeydə alınır. “Qanuna təklif edilən dəyişikliklə qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsullardan Enerji Effektivliyi Fonduna vəsait cəlb edilməsi planlaşdırılır”.

O əlavə edib ki, bir müddətdir ki, Azərbaycanda da “Aİ-95” benzini istehsal edilir və bu səbəbdən onun da qiymətinin tənzimlənməsi təklif edilir: “Yerli istehsal olan benzinə fiks qiymət qoymaq olur, halbuki xaricdə istehsal edilən benzinin qiymətinin tənzimləmək mümkün deyil.

Qeyd edək ki, Azərbaycanda indiyinədək “Aİ-92” markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənib.

Seçilən
15
5
interpress.az

6Mənbələr