AZ

Elcanın efirdə “Nigulya” deməsi Nigarı əsəbiləşdirdi

Əməkdar artist Nigar Şabanova efirdə əsəbiləşib.

OLAY yazır ki, hadisə sənətçinin qonaq olduğu “Elcanlı” verilişində baş verib.

Belə ki, proqramın aparıcısı, aktyor Elcan Rəsulov müğənni Kəmalənin hər kəliməsində istifadə etdiyi və sosial şəbəkədə “viral” olan “Nigulya” deyərək Şabanovanın hal - əhvalını soruşub.

Həmin kəliməni eşidən Nigarın üz ifadəsi 180 dərəcə dəyişib. O qəzəbli baxışları ilə Elcana “Yaxşıyam Elyulya” cavabını verib.

Müğənninin bu sözlərinə gülən aparıcı “Bu “TikTok” və “Instagram” çıxardana mən nə deyim? Başımız xərəb olub” sözlərini söyləyib.

Nigar isə qarşı tərəfə “Bir baş ki, güldüsə o heç zaman “TikTok”da başqa mövzularla iylənməz” deyə fəlsəfi şəkildə fikrini ifadə edib.

Seçilən
35
8
olay.az

9Mənbələr