AZ

Elcanın “Niqulya” deməsi Nigarı əsəbiləşdirdi - Video

Əməkdar artist Nigar Şabanova efirdə əsəbiləşib. 

Yenilik.az olay-a istinadla xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “El canlı” verilişində baş verib.
Proqramın aparıcısı Elcan Rəsulov müğənni Kəmalənin hər kəliməsində istifadə etdiyi və sosial şəbəkədə “viral” olan “Niqulya” deyərək Şabanovanın hal-əhvalını soruşub.
Həmin kəlməni eşidən Nigarın üz ifadəsi 180 dərəcə dəyişib. O, qəzəbli baxışları ilə Elcana deyib: “Yaxşıyam, Elülya”. Müğənninin bu sözlərinə gülən aparıcı “Bu “TikTok” və “Instagram” çıxardana mən nə deyim?! Başımız xarab olub!”.
Nigar isə qarşı tərəfə “Bir baş ki, güldürsə, o heç zaman “TikTok”da başqa mövzularla iylənməz” deyə "fəlsəfi" şəkildə fikrini ifadə edib.

Seçilən
9
8
yenilik.az

9Mənbələr