Əməkdar artist Nigar Şabanova efirdə əsəbiləşib.
Proqramın aparıcısı Elcan Rəsulov müğənni Kəmalənin hər kəliməsində istifadə etdiyi və sosial şəbəkədə “viral” olan “Niqulya” deyərək Şabanovanın hal-əhvalını soruşub.
Həmin kəlməni eşidən Nigarın üz ifadəsi 180 dərəcə dəyişib. O, qəzəbli baxışları ilə Elcana deyib: “Yaxşıyam, Elülya”. Müğənninin bu sözlərinə gülən aparıcı “Bu “TikTok” və “Instagram” çıxardana mən nə deyim?! Başımız xarab olub!”.
Nigar isə qarşı tərəfə “Bir baş ki, güldürsə, o heç zaman “TikTok”da başqa mövzularla iylənməz” deyə "fəlsəfi" şəkildə fikrini ifadə edib.