AZ

Trampın sülh sazişindəki rolu: Amerikalı politoloqdan maraqlı bənzətmə

ABŞ-də Donald Trampın yeni administrasiyasında vəzifə tutacaq namizədlər bəlli olur. 

Dünya, o cümlədən Azərbaycan yeni rəhbərliklə necə əməkdaşlıq edəcəyini maraqla gözləyir. Yeni administrasiya ilə bağlı müxtəlif təxminlər ortaya çıxır.

Bu dəyişikliklər yalnız ABŞ və Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Trampın hakimiyyətə gəlməsi ilə regionda və dünyada yeni dövrün başlanacağı gözlənilir.

Amerikalı politoloq, insan hüquqları və milli təhlükəsizlik üzrə hüquqşünas, İnformasiya Müharibəsinin Vaşinqton Autsider Mərkəzində İdarə Heyətinin üzvü, baş redaktor İrina Tsukerman “Cebheinfo.az”-a açıqlamasında  Cənubi Qafqaz məsələlərinin Tramp administrasiyası üçün yüksək prioritet daşımadığını bildirib.

O, Tramp administrasiyanın  ilk 100 günündə səylərini  Ukraynada və Yaxın Şərqdə davam edən münaqişələrin həlli üzərində cəmləşdirəcəyini söyləyib:

“Prioritet məsələlər xarici və daxili siyasət öhdəliklərinin çoxluğundan asılıdır. Bundan əlavə,Tramp hələ Dövlət Departamentinə müvafiq vəzifəli şəxsləri seçməyib. Buna görə çox şey onun seçəcəyi namizədlərdən və onların nə qədər tez təsdiq olunmasından asılı olacaq. 

Bununla belə, Trampın heç bir şəkildə sülh prosesinə, özü barədə yaradılacaq "böyük müqavilə bağlayan", "sülh qurucusu"  imicinə qarşı olacağına dair əlamət yoxdur. 

Çox güman ki, Tramp belə bir prosesi dəstəkləmək  üçün müəyyən resurslar ayıracaq. Bunu da  təhlükəsizlik problemlərinin həllində, rəsmi Bakı ilə müdafiə sahəsində əməkdaşlığın bərpasında faydalı kimi təqdim edəcək”.

Trampın şəxsən məsələyə diqqəti çox azdır. Onun yaxın məsləhətçilərinin çoxu rusiyayönümlü geosiyasi mülahizələrdən və danışıqlardan təsirlənirlər. Üstəlik, İran artıq Trampın rəsmiləri ilə əlaqələr qurmağa çalışır. Bu da sülh razılaşmasının bəzi nəticələri ilə ziddiyyət təşkil edə bilər.

Trampın məqsədləri daha çox ticarət və praktiki xarakter daşıyacaq. Bu, insan hüquqları və demokratiya məsələlərindən daha çox onun və ABŞ-nin bu prosesdən nə əldə edə biləcəyi ilə bağlı olacaq. Bu səbəbdən prosesi dəstəkləməkdə və erməni lobbisinin rəvayətlərinin qarşısını almaqda ABŞ-nin öz  marağı olmalıdır”. 

Həmsöhbətimiz bildirib ki, sülh prosesini yeni bir daşınmaz əmlak sövdələşməsi kimi təqdim etmək faydalı ola bilər:

“Trampın bu ssenaridəki rolunu yeni "İbrahim Sazişləri" kimi göstərmək olar”. 

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr