AZ

Səhiyyə naziri ÜST-nin Avropa üzrə regional direktoru ilə ikitərəfli əməkdaşlığı müzakirə edib (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası çərçivəsində Azərbaycanın səhiyyənaziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropaüzrə regional direktoru Hans Henri Kluge ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, öz çıxışında səhiyyə naziri Azərbaycanın nüfuzlusəhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı iləqarşılıqlı əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Bakıda keçirilən Qlobal İqlim Konfransının əhəmiyyətinivurğulayan Teymur Musayev Azərbaycanın İqlim və Sağlamlığınqorunması naminə Transformasiya Alyansına (ATACH) rəsmi olaraqqoşulduğunu və iki il ərzində Alyansın həmtəşkilatçısı qismindəfəaliyyət göstərəcəyini qeyd edib:

“ATACH-nin həmsədri kimi Azərbaycan Respublikası iqlimdəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərininqurulması üçün birgə səyləri təşviq edəcək”.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın dahada inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Hans Henri Kluge BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının yüksək səviyyədətəşkil olunduğunu qeyd edib:

“Azərbaycan hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksəksəviyyədə təşkil edir və COP29 da istisna deyil”.

ÜST-nin Avropa üzrə regional direktoru COP29-da müzakirə olunanmövzuların aktuallığını vurğulayaraq, Tərəflər Konfransının qlobalictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyənetməkdə mühüm fürsət olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
24
4
az.trend.az

10Mənbələr