AZ

Bakıda “COP-dan COP-a aqrar-qida irsləri" mövzusunda panel müzakirələr keçirilib

COP29 çərçivəsində “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqliməuyğun kənd təsərrüfatının mövzusu xüsusi müzakirəsi davam etdirilir. Beynəlxalq iqlim konfransının səkkizinci günündə “COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib.

"Report" xəbər verir ki, “Mavi zona”da keçirilən tədbirdə qlobal iqlim öhdəlikləri müzakirə olunub.

“Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfranslarında əldə edilən nailiyyətlərin daha da inkişaf etdirilməsinin mühüm olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü bütün dünyada dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması üçün səyləri uyğunlaşdırmaq məqsədi daşıyır. Harmoniya təşəbbüsünün COP28 BƏƏ Bəyannaməsində göstərilən məqsədlərə tam uyğun olduğunu deyən nazir bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı əməkdaşlığın gücləndirilməsi və əldə edilən nailiyyətlərin inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb. Bu təşəbbüs daimi birgə fəaliyyətin təməlini qoymaqla daha güclü, iqlimə davamlı qida sistemlərinin mirasının yaradılması prosesinə əhəmiyyətli dəstək verəcək, kənd təsərrüfatının gələcəyini formalaşdıracaq.

Böyük Britaniyanın Ətraf mühit naziri Mari Kriğ, Birləşmiş Ərəb Əmirliklərinin İqlim dəyişikliyi və ətraf mühit naziri Amna Al Dahak, eləcə də “COP-dan COP-a fəaliyyətin sürətləndirilməsi” panel sessiyasında çıxış edən rəsmilər COP konfranslarının iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə uyğunlaşma üçün mühüm sektor kimi aqro-ərzaq sistemlərinə getdikcə daha çox diqqət yetirdiyini, qlobal iqlim öhdəliklərini yerinə yetirməyin vacib olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, bu tədbir sinerjiləri müəyyən etməyə, öyrənilən dərsləri bölüşməyə və UNFCCC çərçivəsində qlobal iqlim öhdəliklərinə nail olmaq üçün milli və regional səviyyələrdə sürətləndirilmiş fəaliyyəti təşviq etməyə ximət edəcək. Eyni zamanda, tədbir sektorlar arasında daha güclü əməkdaşlığı inkişaf etdirmək, resursları sadələşdirmək və uzunmüddətli hədəflərə davamlı diqqəti təşviq etmək üçün bir fürsət kimi dəyərləndirilir.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Seçilən
23
11
report.az

5Mənbələr