AZ

“Carlsberg Azerbaijan” şirkəti ilə WWF-Azerbaijan arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb

COP-29 çərçivəsində “Mavi Zona”da Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) pavilyonunda Fondun Azərbaycan nümayəndəliyi və “Carlsberg Azerbaijan” şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən tərəflər regionlara su təminatı, ətraf mühitin mühafizəsi və yerli icmalara dəstək istiqamətində layihələr üzrə əməkdaşlıq edəcəklər.

“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis bildirib ki, Carlsberg Group-un “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyası Azərbaycanda da icra olunur:

“Strategiya çərçivəsində 2015-2023-cü illərdə su sərfiyyatını 21.3%, karbon tullantılarını isə 18.1% azaltmışıq. Ətraf mühitin mühafizəsi və yerli icmalara dəstək hər zaman bizim üçün əsas prioritetdir. WWF-Azerbaijan ilə əməkdaşlığımız da “Birlikdə SIFIRA doğru və daha İrəli” strategiyasında nəzərdə tutduğumuz hədəflərə çatmaqda bizə dəstək olacaq. İnanıram ki, dəyərli tərəfdaşlarımızın peşəkar yanaşması və bizim investisiyalarla Azərbaycanda ətraf mühitin qorunmasına töhfə verəcəyik”.

Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov isə “Carlsberg Azerbaijan” şirkəti ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını vurğulayıb: “Bu bizim təşkilatın Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə biznes sektoru ilə imzaladığımız ilk belə sənəddir. Əminəm ki, əməkdaşlığımız çərçivəsində yerli icmalara dəstək göstərməklə onların təbiətlə harmoniyada yaşamasına nail olacağıq”.

Anlaşma memorandumu 3 il müddətinə imzalansa da, tərəflər uzunmüddətli əməkdaşlıqda maraqlıdırlar.

Qeyd edək ki, Xırdalanda yerləşən pivə zavodu 2008-ci ildən Carlsberg Group-un bir hissəsidir. Hazırda zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,500 mindən artıq ticarət məntəqəsində təqdim olunub. Şirkət Azərbaycanda 16 ildən çox müddəti əhatə edən fəaliyyət dövründə biznesi genişləndirib və pivə sənayesinin inkişafına 65 mln manatdan çox investisiya edib. Şirkət sahilyanı təmizləmə aksiyaları, tullantıların idarə edilməsi layihələri, ağac əkmə fəaliyyətləri və “Tullantılardan sənətə” kimi sərgilər də daxil olmaqla müxtəlif dayanıqlı inkişaf təşəbbüslərini fəal şəkildə dəstəkləyir.

WWF-Azerbaijan 20 ildən artıqdır ki, ölkənin bioloji müxtəlifliyinin qorunması və bərpası üçün mühüm layihələr həyata keçirir. İcmaların təbii resurslardan asılılığının azaldılması, insan - vəhşi təbiət münaqişələrinin həlli, ekoloji maarifləndirmə bu layihələrin əsas komponentlərindən olub.

“Carlsberg “Carlsberg “Carlsberg “Carlsberg
Seçilən
26
5
apa.az

6Mənbələr