AZ

Avropa Çempionatı: U-17 millimiz seçmə mərhələdə növbəti oyununa çıxacaq

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununu keçirəcək.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gələcək.

Rumıniyanın Buftya şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki hər iki görüşdə uduzan U-17 yığmamız sonuncu - dördüncü pillədə qərarlaşıb. Lider Yunanıstanın 6, ikinci sıradakı Macarıstanın 4 xalı var.

Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.

Seçilən
17
4
cbcsport.az

5Mənbələr