AZ

Azərbaycanda pensiyaçıların sayı ARTIB - RƏQƏMLƏR

2024-cü ilin oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 1 milyon 98,5 min nəfər pensiya alıb. Bu, ölkə əhalisinin 10,8 faizi deməkdir.

 

Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, pensiyaçıların 64,4 faizi (707,4 min nəfər) yaşa görə, 23,3 faizi (256 min nəfər) əlilliyə görə, 12,3 faizi (135,1 min nəfər) ailə başçısını itirməyə görə pensiya alıb.

 

2023-cü ilin eyni dövründə Azərbaycanda 1 milyon 94,6 min pensiyaçı olub.

 

Müqayisədən görünür ki, bu il pensiyaçıların sayı 3,9 min nəfər artıb. Artım yaşa və ailə başçısını itirməyə görə pensiya alanların sayında müşahidə edilib. Əlilliyə görə pensiya alanların sayı isə azalıb.

 

Vasif

Seçilən
16
sfera.az

1Mənbələr