AZ

QHT sədri Azərbaycanın iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrdən danışdı - AÇIQLAMA

"Azərbaycanın iqlim dəyişikliyindən ən çox təsirlənən sahələri kənd təsərrüfatı, su ehtiyatları və ekosistemlərdir. İqlim dəyişiklikləri kənd təsərrüfatında məhsuldarlığın azalmasına, su çatışmazlığına və torpağın şoranlaşmasına səbəb olur".

Bu sözləri QHT.az-a özəl açıqlama verən "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti su ehtiyatlarının idarə edilməsini təkmilləşdirmək, enerji səmərəliliyini artırmaq və kənd təsərrüfatında iqlimə davamlı texnologiyaların tətbiqini təşviq etmək üçün müxtəlif proqramlar həyata keçirir:

"Bu proqramlar su resurslarının səmərəli istifadəsini, enerji sektorunda ekoloji təmiz texnologiyaların tətbiqini və kənd təsərrüfatında iqlimə uyğun yenilikləri əhatə edir. Qeyri-Hökumət Təşkilatları isə iqlim dəyişikliyinin təsirlərini azaltmaq və icmaları bu dəyişikliyə uyğunlaşdırmaq üçün ekoloji maarifləndirmə kampaniyaları aparır, təbiəti qoruma layihələri təşkil edir və dayanıqlı kənd təsərrüfatı üzrə təlimlər keçirirlər. Bu təşəbbüslər vasitəsilə QHT-lər ekoloji bilikləri artırır və iqlim dəyişikliklərinə uyğunlaşmanı gücləndirməyə dəstək verirlər".

 

Pərvanə Fərhadqızı

Seçilən
41
50
qht.az

10Mənbələr