AZ

"Messini zədələmək istəmirdim, amma..." - Anxel Di Maria

"Benfika"nın argentinalı vingeri Anxel Di Mariya "Real Madrid"də oynadığı dönəmdə Xosep Qvardiolanın rəhbərlik etdiyi "Barselona"ya qarşı keçirdikləri oyunlardan danışıb.

Fanat.Az xəbər verir ki, "Barca Universe" onun sözlərini belə çatdırıb:

"Qvardiolanın "Barselona"sını məğlub etməyin yeganə yolu topu onlardan almaq idi. Yalnız döyüşməli və onlardan çox qaçmalıydın. Bu, meydanda təzyiqi və gərginliyi artırırdı. Belə matçlarda həmişə Messi haqda düşünürdüm. Onu zədələmək istəmirdim, amma Leonu saxlamağın başqa yolu da yox idi".

Xatırladaq ki, Qvardiola 2008-2012-ci illər aralığında "Barselona"nı çalışdırıb. "Blauqrana" onun rəhbərliyi altında 2 dəfə Çempionlar Liqasının, 3 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Superkubokunun, Klublararası Dünya Çempionatının və Avropa Superkubokunun qalibi olub.

Nihat

Seçilən
8
fanat.az

1Mənbələr