AZ

2024/2025-ci tədris ilində BDU-ya 176 əcnəbi tələbə qəbul olunub

Bakı Dövlət Universitetinə (BDU) 2024/2025-ci tədris ilində 176 əcnəbi tələbə qəbul edilib. Bunlardan 61-i hazırlıq sektoruna, 16-sı doktorantura, qalanları isə bakalavriatura və magistratura səviyyələrinə daxil olub. 14 nəfər Hökümətlərarası Təqaüd Proqramı, 22 nəfər isə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı çərçivəsində BDU-da təhsil almaq hüququ qazanıb. Ümumilikdə isə BDU-da 411 nəfər əcnəbi tələbə təhsil alır.
 
Universitetdən Moderator.az-a bildirilib ki, 32 ölkəni (Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Belarus, İran, Pakistan, Sudan, Misir, Serbiya, Rumıniya, Mərkəzi Afrika Respublikası, Əlcəzair, Qambiya, Zambiya, Tayland, Sent-Vinsent və Qrenadinlər, Çad, Banqladeş, İndoneziya, İraq, Komor adaları, Kamerun, Fil Dişi Sahili, Keniya) təmsil edən əcnəbi tələbələr əsasən psixologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompüter elmləri, iqtisadiyyat, jurnalistika, informasiya təhlükəsizliyi, təhsildə sosial-psixoloji xidmət ixtisaslarına üstünlük veriblər.
 
Qeyd edək ki, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.
 
Seçilən
41
2
moderator.az

3Mənbələr