AZ

"Onlar da döyüşüb, at sürməyə getməyiblər ki?" - Siyavuş Novruzov

"İpoteka kreditlərini güzəştli alanlar var. Bənna, dərzi, bərbər və digərləri niyə ipotekadan bəhrələnməsinlər? Əgər onlar yerlərdə ipoteka ilə ev ala bilsə, regionlarda qalar, şəhərə gəlməzlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Komitə sədri qeyd edib ki, 8500 nəfər insan 10 il müddətində Əfqanıstanda döyüşüb, terrorizmin qarşısı alıblar: 

"Sonra onlardan bir neçəsi Qarabağda da döyüşüb. Onların arasında Azərbaycanın 17 Milli Qəhrəmanı var. Güzəştlərə Çernobıl, I və II Qarabağ müharibəsi iştirakçıları salınıb, amma Əfqanıstanda döyüşənlər bura daxil edilməyib. Əfqanıstanda döyüşənlərdən 3000-i dünyasını dəyişib. Onlar da güzəştlərə daxil etmək lazımdır. Onlar da Əfqanıstanda döyüşüb. Onları at sürməyə göndərməmişdilər ki?".

Anar Kəlbiyev

Seçilən
14
unikal.az

1Mənbələr