AZ

Güzəştli ipoteka kreditləri alanların siyahısı genişləndirilə bilərmi? - Nazirdən AÇIQLAMA

Bakı. Trend:

Güzəştli ipoteka kreditlərini alanların siyahısınıgenişləndirsək, onda bu güzəşti itirəcəyik.

Trend xəbər verir ki, bunuMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regionalməsələlər komitələrinin birgə keçirilən iclasında maliyyə naziriSamir Şərifov deyib.

Nazir bildirib ki, gələn il dövlət büdcəsində də İpoteka Fondunadövlət pul ayıracaq:

"Güzəştli krediti 4%-lə verirlər. AMB-nin faiz dərəcəsi7,5%-dir. Ümumiyyətlə, burada uçot faiz dərəcəsi ilə güzəştliipoteka arasında müəyyən əlaqə olmalıdır. Pulun müəyyən dəyəri var.Dövlətin gəlirləri müəyyən mənbələrdən təmin olunur.

Biz gəlirlərimizin artırılması istiqamətində çalışmalıyıq. Buvacib vəzifədir. İqlim dəyişikliyi ilə bağlı son vəziyyətaraşdırılarkən müşahidə edilib ki, dekarbonlaşma meyillərigüclənməkdədir. Bizim neft-qaz sektorundan olan gəlirlərimizazalır. Gələn il bu sektordan olan gəlirlər cari illə müqayisədə750 milyon manat azalacaq.

Növbəti ilin büdcəsində neftin bir barelinin qiyməti builkindənaz götürülür. Bu da gəlirlərə təsir edir. İkincisi isə yataqlarıntükənməsi ilə bağlıdır. Neft şirkətinin ödədiyi vergilər gələn il120 milyon manat azalır. Müsbət hal isə odur ki, qeyri-neftsektorundan daha çox gəlir əldə etməyə nail olacağıq".

Seçilən
24
5
az.trend.az

2Mənbələr