Bank kartlarının qalığa gəlir faizi, kart sahiblərinin hesablarında qalan vəsaitdən əlavə qazanc əldə etmələrinə imkan yaradır. Bu faiz dərəcələri bankdan banka dəyişir və müştərilərin ehtiyaclarına və maliyyə hədəflərinə uyğun olaraq müxtəlif seçimlər təklif olunur.
Azərbaycanda ən çox kəşbək verən bank kartları – SİYAHI, KARTLAR, KƏŞBƏKLƏR - MÜQAYİSƏ
FED.az müxtəlif bankların təklif etdiyi faiz dərəcələrini müqayisə edib. Məlum olub ki, hazırda ölkə banklarının kart qalığı üzrə təklif etdiyi gəlirlilik faizi 4-8% aralığında dəyişir.
Ölkənin aparıcı bankı olan “Kapital Bank” kartlarında 01.01.2024 tarixdən etibarən şəxsi vəsait qalığına illik faiz hesablanması dayandırılıb.
Digər banklar və kartlar haqqında daha detallı :
Bank | Kartın adı | Kart hesabının qalığına gəlir illik | Qalıq məbləğ üzərinə faiz necə hesablanır? |
Azərbaycan Beynəlxalq Bankı (ABB) | Tam DigiCard | 7% | Faiz illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür |
XalqBank | XalqKart CASHBACK | 8% | Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür. |
Bank of Baku | Bolkart debet | 7% | İllik 7%-dək gəlirlilik dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər |
Bank BTB | Junior card | 6% | İllik 6% hesablanıb ayın sonunda kart hesabına köçürülür |
Azər‐Türk Bank | atb card | 5,5% | Faiz gündəlik hesablanaraq hər ay hesabınıza əlavə edilir |
Expressbank | Expresso Standard | 6% | Faiz gündəlik hesablanaraq hər ay hesabınıza əlavə ediləcək |
Rabitəbank | Kartmane Premium | 6% | Hər ayın sonu kartdakı məbləğə əlavə olunur |
Bank Respublika | Visa Neo Premium | 5% | Qalıq məbləğ üzərinə faizlər hər ayın əvvəlində hesablanır və NeoKartına müvafiq məbləğdə mədaxil olunur |
Yelo Bank | Yelo Premium | 6% | Faizlər gündəlik hesablanır hər ay toplanıb növbəti ayın ilk iş günü balansa mədaxil olunacaq |
Unibank | UCard | 6% | Faizlər gündəlik hesablanır hər ay toplanıb ayın sonu balansa köçürülür |
AccessBank | myCard Premium | 4% | Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür |