AZ

Millimizdən Rumıniya ilə heç-heçə

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsindəki üçüncü oyununda heç-heçə edib.

Futbolinfo.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gəlib.

Rumıniyanın Buftya şəhərində təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində Əlibəy Mahmudov 82-ci dəqiqədə fərqlənib.

U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.

Seçilən
20
7
futbolinfo.az

8Mənbələr