AZ

Azərbaycan və Qətərin gömrük orqanları qabaqcıl təcrübələri öyrənəcək

Azərbaycan və Qətər Dövlətinin gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Moderator.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müzakirələr BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində komitənin sədri Şahin Bağırov və Azərbaycanda səfərdə olan Qətər Dövlətinin Baş Gömrük Orqanının sədri Əhməd bin Abdulla Əl Camal arasında keçirilən görüşdə aparılıb.
 
Görüşdə həmçinin gömrük sisteminin müxtəlif sahələrində süni intellektin tətbiqi, iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından faydalı münasibətlərin qurulmasına dair müzakirələr aparılıb.
 
Görüş çərçivəsində risklərin idarə edilməsi mövzusunda Azərbaycan gömrüyünün təcrübəsinə dair təqdimat nümayiş etdirilib.
 
Seçilən
7
5
moderator.az

6Mənbələr