AZ

Latviya iqlim siyasəti və qanunvericilik bazasını yeniləmək üzərində fəal işləyir – Nazir

Bakı. Trend:

Latviya iqlim neytrallığı yolunda qalmaq üçün iqlim siyasətinivə qanunvericilik bazasını yeniləmək üzərində fəal işləyir.

Trend xəbər verir ki, bunuLatviya Respublikasının energetika və iqlim naziri Kaspars MelnisCOP29 sammitində çıxışı zamanı bildirib.

Nazir sammitdə iqlim tədbirlərinin sürətləndirilməsininzəruriliyi ilə bağlı çoxsaylı müzakirələrin aparıldığını qeyd edibvə Latviyanın da qlobal iqlim problemlərinin həllinə töhfə verməyəhazır olduğunu vurğulayıb.

"Bu il Latviya İqlim Dəyişikliyi və Şəhərlər üzrə IPCC-nin ilkiclasına ev sahibliyi etməklə, İqlim Dəyişikliyi üzrəHökumətlərarası Panelin (IPCC) hesabatlarının əhəmiyyətinivurğuladı. Latviya, həmçinin, şəffaflıq üzrə ikiillik hesabatınıvaxtında təqdim etməyi öhdəsinə götürür", - deyə o bildirib.

Nazir vurğulayıb ki, Latviya çoxölçülü həssaslıq indeksinininkişafı üçün maliyyə dəstəyini fəal şəkildə dəstəkləyir, həmçinin,BMT-nin Mərkəzi Təcili Yardım Fondu və İtki və Zərər Fondu üçüntöhfələr verib.

"Bizim yalnız bir planetimiz var və uşaqlarımızın gələcəyinaminə birlikdə işləməliyik", - deyə Kaspars Melnis çıxışınıyekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr