AZ

Yasamalda “hoqqa” verib piyadaları təhlükəyə atan sürücü - 77-ED-040- VİDEO

Paytaxtın Yasamal rayonunda kobud qayd pozan sürücünün videosu sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, görüntü bir müddət əvvəl səhər saatlarında Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Hərəkətdə olan 77-ED-040 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Belə ki, sol zolağa anidən keçid edən sürücü ardınca sağa manevr edib və bu halı bir neçə dəfə təkrarlayıb. Bu zaman o, özüylə yanaşı avtomobildə olan sərnişinlərin və piyadaların həyatını təhlükəyə atıb. Eyni zamanda sürücü avtomobilə konstruksiya dəyişikliyi edib.

Qeyd edək ki, sürücünün törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsiylə tənzimlənir.

Nərmin

Seçilən
21
avtosfer.az

1Mənbələr