AZ

"Harmoniya" təşəbbüsünün əsas prioritetlərindən biri COP ilə bağlı təşəbbüslər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsidir – Nazir

Bakı. Trend:

"Harmoniya" təşəbbüsünün əsas prioritetlərindən biri COP iləbağlı təşəbbüslər arasında qarşılıqlı əlaqələringücləndirilməsidir.

Trend xəbər verir ki, bunuAzərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Fermerlərüçün iqlim maliyyələşdirilməsinin artırılması: təsərrüfat təcrübəsivə konkret həllər" mövzusunda panel müzakirə zamanı bildirib.

"İqlim dəyişiklikləri ilə mübarizə məqsədilə dünya fermerlərini"Harmoniya" təşəbbüsünə qoşulmağa dəvət edirəm. Bizim məqsədimizfermerlərin, xüsusilə qadınların və gənclərin dəstəklənməsi, həllyollarının mübadiləsi və qlobal ərzaq təhlükəsizliyinə töhfəverməkdir. "Harmoniya" təşəbbüsü qlobal səviyyədə fermerləridəstəkləməyə yönəlmiş bir platformadır.

Qarşılaşdığımız çağırışlar necə bir-biri ilə əlaqəlidirsə, həllyollarımız da bir o qədər əlaqəli olmalıdır. Kənd təsərrüfatınıgücləndirmək üçün əməkdaşlığa fokuslanmalıyıq. "Harmoniya"təşəbbüsünün əsas prioritetlərindən biri COP ilə əlaqəlitəşəbbüslər arasında qarşılıqlı əlaqələri gücləndirməkdir. Bununlayanaşı, iqlim, kənd təsərrüfatı və maliyyə arasında əlaqə yaradanbütün təşəbbüsləri "Harmoniya" platformasında görməkdən məmnunolacağıq.

İlk mərhələdə "Harmoniya" təşəbbüsü mövcud tərəfdaşlıqları, COPilə əlaqəli son illərdəki təşəbbüsləri və əlavə layihələri sürətlitəhlil etməklə fəaliyyətə başlayacaq. Əminik ki, bu təşəbbüsçərçivəsində birləşərək güclü bir şəbəkə formalaşdıracaq və iqlimqeyri-müəyyənliyinə baxmayaraq, fermerlərin uğur qazanmasını təminedəcəyik. Sizləri əməkdaşlığa, ideya mübadiləsinə və kəndtəsərrüfatının dayanıqlı gələcəyini yaratmaq üçün birgə işləməyədəvət edirik", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr