AZ

Koreyalı nazir: Karbonsuz enerji mənbələrini fəal şəkildə inkişaf etdiririk

Cənubi Koreya iqlim böhranı ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə edib.

Bunu Cənubi Koreyanın ekologiya və iqlim məsələləri üzrə naziri Kim Vansop COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

Onun sözlərinə görə, ölkə emissiyaları 13,9 % azaldıb, eyni zamanda karbon izini azaltmaqla iqtisadi artıma nail olub.

Nazir vurğulayıb ki, Cənubi Koreya bərpa olunan enerji və nüvə enerjisi kimi karbonsuz enerji mənbələrini fəal şəkildə inkişaf etdirir və sənaye proseslərini təkmilləşdirir.

Seçilən
28
2
aznews.az

3Mənbələr