AZ

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev UN-HABITAT-ın icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Noyabrın 19-da Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədriSamir Nuriyev COP29 çərçivəsində ölkəmizdə səfərdə olan BirləşmişMillətlər Təşkilatının Məskunlaşma Proqramının icraçı direktoru(UN-HABITAT) xanım Anaklaudia Rossbaxın başçılıq etdiyi nümayəndəheyəti ilə görüşüb.

Trend xəbər verir ki, görüşdəA.Rossbax COP29-un yüksək səviyyədə təşkil olunması münasibətiləAzərbaycanı təbrik edib və sədrlik fəaliyyətində ölkəmizəmüvəffəqiyyətlər arzulayıb.

S.Nuriyev Azərbaycan ilə UN-HABITAT arasında əməkdaşlığı vəölkəmizin COP29 Sədrliyinin fəaliyyət gündəliyinin prioritetlərisırasında urbanizasiya mövzusunun yer almasını məmnunluqla qeydedib.

Görüşdə Azərbaycan ilə UN-HABITAT arasında həyata keçirilmişfaydalı əməkdaşlıq çərçivəsində 2022-ci ildə Ağdam şəhərində,2023-cü ildə Zəngilanda Milli Şəhərsalma forumlarının və Bakıda“Ümumdünya Məskunlaşma Günü” tədbirlərinin uğurlu təşkilivurğulanıb.

S.Nuriyev qlobal və regional tədbirlərin yüksək səviyyədə təşkiledilməsində böyük təcrübəyə malik Azərbaycanın 2026-cı ilin mayındaBMT-nin ən vacib tədbirlərindən biri olan 13-cü ÜmumdünyaŞəhərsalma Forumuna ev sahibliyi etməsinin Azərbaycan iləUN-HABITAT arasında səmərəli əməkdaşlığın təzahürü olduğunubildirib.

A.Rossbax ölkəmizin UN-HABITAT-ın fəaliyyətinə göstərdiyidəstəyi və verdiyi könüllü maliyyə töhfələrini yüksəkqiymətləndirib.

Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasından, orada keçmiş məcburi köçkünlərindayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində aparılanişlərdən bəhs olunub, UN-HABITAT ilə bu sahədə əməkdaşlıqməsələləri müzakirə edilib.

Bundan əlavə, 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılanÜmumdünya Şəhərsalma Forumu ilə əlaqədar hazırlıq işlərinə dairətraflı fikir mübadiləsi aparılıb.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Seçilən
22
35
az.trend.az

10Mənbələr