AZ

COP for Hope: COP29-dan gözləntilərimiz maliyyələşdirmə ilə bağlı razılıqların əldə edilməsidir - Norveçli komissiya sədri (ÖZƏL)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Norveçin Enerjivə Ətraf Mühit üzrə Daimi Komissiyasının sədri İnvildKyerkoldur.

İ.Kreykol Trend-əaçıqlamasında bildirib ki, vaxtında əldə edilmiş razılıqemissiyaları azaltmaq üçün işləri olduqca asanlaşdıra və maliyyəxərclərini nisbətən azalda bilər.

O, COP29-dan gözləntilərini bölüşüb:

"Bizim COP29-dan gözləntilərimiz dünyada karbon (CO2)emissiyalarının azaldılması üçün maliyyələşdirmə ilə bağlırazılıqların əldə edilməsidir. Ümid edirik ki, danışıqların sonundabizim müəyyən edilə bilən hədəfimizə nail olunacaq. Zamanımızı məhzbunun üçün sərf edirik.

Ümid edirəm ki, danışıqların sonunda üzv dövlətlər razılığa gələbiləcəklər. Vaxtında əldə edilmiş razılıq emissiyaları azaltmaqüçün işləri olduqca asanlaşdıra və maliyyə xərclərini nisbətənazalda bilər. Bizim
əsas hədəfimiz də elə budur".

"Dünən və bu gün vaxtımızı burada, məkanda keçirdik. Amma sabahbiz Nobel qardaşları muzeyinə, həmçinin, neft muzeyinə başçəkəcəyik. Beləliklə, biz səbirsizliklə gözlədiyimiz şəhəri bir azdaha da yaxından tanıma və görmə imkanı qazanacağıq", - deyə oəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
35
2
az.trend.az

3Mənbələr