AZ

Ukrayna ordusunun Bryansk vilayətinə ATACMS raketləri ilə hücumlarında ABŞ-ın əli var – Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna ordusunun Bryansk vilayətinə ATACMS raketləri ilə hücumları ABŞ-ın iştirakı olmadan qeyri-mümkün olardı.

Eyni zamanda, o qeyd edib ki, ABŞ-ın Rusiyanın dərinliklərinə ATACMS zərbələri endirmək qərarına gəldiyi barədə məlumatı dəqiq təsdiq edə bilməz. Bryansk vilayətinə zərbə, onun fikrincə, Qərb ölkələrinin Rusiya və Ukrayna arasında münaqişəni gərginləşdirmək niyyəti kimi qiymətləndirilməlidir.

“ATACMS-nin bu gecə Bryansk vilayətində dəfələrlə istifadə edilməsi, əlbəttə ki, onların eskalasiyanı istədiklərinə işarədir. Amerikalılar olmadan isə bu yüksək texnologiyalı raketlərdən istifadə etmək mümkün deyil, Putin bu barədə dəfələrlə danışıb”, – Rusiyalı nazir Rio-de-Janeyroda keçirdiyi mətbuat konfransında bildirib.

Lavrov həmçinin ümid etdiyini bildirib ki, Qərb Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasını bütövlükdə oxuyacaq. O əlavə edib ki, Moskva ABŞ-ın Rusiya ərazisinə dərin zərbələr endirmək qərarına lazımi cavab verəcək. Yenilənmiş doktrinaya görə, nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin Rusiya Federasiyasına hücumu Rusiyanın nüvə silahından istifadə etməsi üçün səbəb kimi göstərilir.

Rusiya Müdafiə Nazirliyi bu gün, noyabrın 19-da Amerikanın uzaqmənzilli raketlərinin Bryansk vilayətinə hücumu barədə məlumat yayıb. Bundan əvvəl ABŞ dövlət katibinin Qərb yarımkürələri üzrə köməkçisi Brayan Nikols prezident Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etmək icazəsi verdiyi barədə mediada yayılan son xəbərləri təsdiqləyib.

,//Samir Qurbanov, Editor.az

Seçilən
36
6
editor.az

10Mənbələr