AZ

RUSİYA NÜVƏ SİLAHINDAN İSTİFADƏ EDƏCƏK, ƏGƏR...-RƏSMİ

Bu gün Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.

Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, Putin bununla bağlı müvafiq fərman imzalayıb. Sənəddə qeyd olunub ki, Rusiyanın bu sahədə dövlət siyasəti müdafiə xarakteri daşıyır. Eyni zamanda vurğulanıb ki, hərbi koalisiya tərkibindən hər hansı dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə bu koalisiyanın təcavüzü kimi qiymətləndiriləcək. Doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar Rusiya Prezidenti tərəfindən verilir.

Şübhəsiz ki, bu Fərman ABŞ və digər bəzi Avropa dövlətlərinin Ukraynaya Rusiyanın dərinliklərini raketlə vurmaq barədə hərbi dəstəyinə cavab kimi dəyərləndirilə bilər. ABŞ və Ukraynaya dəstək verən dövlətlərin hərbi- siyasi rəhbərliyindən hələki Putinin bu Fərmanına reaksiya yoxdur. CNN yazır ki, bütün hallarda NATO bu məsələdə susmamalıdır və s.

A.Məmmədli

Seçilən
26
50
tezadlar.az

10Mənbələr