AZ

Messi hakimi təhqir etsə də...

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Paraqvay - Argentina matçında arzuolunmaz epizod baş verib. Paraqvayın 2:1 hesablı qələbəsi ilə başa çatan oyunun ikinci hissəsində Lionel Messi özündən çıxıb.

Argentina yığmasının və “İnter Mayami”nin hücumçusu Alderetenin kobud hərəkətinə məruz qalıb. Amma rəqib futbolçunu kobud oyundan sonra meydandan qovmadığına görə hakim Anderson Daronkonu təhqir edib. Messinin referiyə “sən özünü çox çirkin aparırsan. Səndən xoşum gəlmir. Sən qorxaqsan” dediyi iddia edilib. Amma Daronko uıduz futbolçuya belə etirazına görə xəbərdarlıq belə etməyib.

Lionelin niyə belə coşduğunu anlamaq olar. Axı “İnter Mayami” bir neçə gün əvvəl MLS-in pley-offunda “Atlanta Yunayted”ə məğlub olaraq mübarizəni dayandırıb.

Seçilən
41
50
football-plus.az

10Mənbələr