AZ

Ərdoğan İsaak Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadə etməsinə icazə verilməməsi məsələsinə aydınlıq gətirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun COP-29-da iştirak etmək üçün onun təyyarəsinin Azərbaycana Türkiyə hava məkanından istifadə edərək keşməsinə icazə verilməməsi məsələsini şərh edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20 sammiti çərçivəsində vaş tutan mətbuat konfransı zamanı danışıb.

“Bizim hava məkanımızdan istifadə etməüinə icazə vermədik. Daha fərqli xəttlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”.

Seçilən
19
5
apa.az

10Mənbələr