Türkiyə BRİKS-ə qoşulmaq üzrə işlərini davam etdirir və tezliklə onun nəticələri barədə assosiasiyaya məlumat verəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda G20 sammitində iştirakından sonra deyib.
Türkiyənin ticarət naziri Ömər Bolat daha əvvəl respublikanın BRİKS-dən tərəfdaş dövlət, assosiasiyanın assosiativ üzvü olmaq təklifi aldığını bildirmişdi.
Xatırladaq ki, Türkiyə prezidenti oktyabrda Kazanda keçirilən BRİKS sammitində iştirak edib.