AZ

Xaçmazda sakinlərlə görüş keçirildi

Nabranda səyyar qəbul və ağacəkmə aksiyası keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Nabran kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dalğalı, Günəşli, Meşəli, Samurçay, Şimali və Turist qəsəbəsinin eləcədə Tel kəndinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri və Tel kəndində məktəb binasının yenilənməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbuldan sonra Nabran kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və sakinlər kəndin ərazisinə yerli iqlim şəraitinə uyğun gələn yeni ağaclar əkiblər.
Seçilən
22
xalq.az

1Mənbələr