Bakı. Trend:
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycanaməxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 33il ötür.
Trend xəbər verirki, Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çoxdövlət xadimləri və jurnalistlər həlak olublar.
1991-ci il noyabrın 7-də Bakıda Qarabağdakı vəziyyəti müzakirəetmək məqsədilə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya vəErmənistan nümayəndələrinin görüşü keçirilir. NümayəndələrXankəndiyə getməyə və hadisələri öz gözləri ilə görməyərazılaşırlar.
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisiKremldən Bakıya zəng vuraraq Azərbaycan Respublikasının DağlıqQarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasınınnövbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaqiddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin dəbu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonraBakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərliketməli idi. Nümayəndələr ancaq güc nazirliklərindən vəTəhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalı idi.
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və başprokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. 1991-ci ilnoyabrın 19-u saat 19:05-də siyahı tərtib olunur. Siyahıya ViktorPolyaniçkonun başçılıq etməsi qüvvədə qalır. Ancaq 1991-ci ilnoyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. ViktorPolyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adlarısiyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və VəliMəmmədov siyahıya daxil salınır. Tofiq İsmayılov tərtib olunmuşsiyahıya rəhbərlik etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyariclası keçirilməli idi.
1991-ci il noyabrın 20-də saat 12:57-də Ağdam uçuş zolağındakıMİ-8 tipli iki vertolyotun (69 və 72 nömrəli) yanacaq baklarıdoldurulur. Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, ikincivertolyot - Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikincivertolyot təhlükəsizliyi təmin edilmədən 13:48-də birincinin yerinəhavaya qalxır. Həmin ərəfədə Gülablı və Yenikənd istiqamətlərindəhərbi maşınlarda qurulmuş (M-16-26 və MS-22-22 nömrəli) və Ağdam,Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə götürənradarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinəuçan Mİ-8 N72 vertolyotu ilə rabitə əlaqələri kəsilir. Bu barədəməlumat Xocavənd istiqamətinə ötürülür, lakin törədilən faciəhaqqında ilkin məlumat təqribən altı saat sonra verilir.Hesablamalara görə, Qarakənd üzərində 300 metr yüksəklikdə uçanMİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədəvurulub.
Ümumilikdə qəza nəticəsində 22 nəfər ölüb.
Həmin gün "Mi-8" hərbi helikopterində həlak olan şəxslər:
- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatının şöbəmüdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsininrəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə MilliTəhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonununkomendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü