AZ

Nüfuzlu jurnaldan 2025-ci il üçün proznozlar: Dünyanı qeyri-adi dəyişikliklər gözləyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"The Economist" jurnalı müasir dünyada baş verən dəyişiklikləri və onun qeyri-müəyyənliyini əks etdirən 2025-ci il üçün proqnozverici üz qabığını təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə nəşr "X" sosial şəbəkəsində məlumat yayıb.
Hər ilin noyabr ayında jurnal növbəti il üçün "The World Ahead" (gələcək dünya) adlı proqnoz bələdçisi dərc edir.
"Qeyri-adi dəyişiklik və qeyri-müəyyənlik vəd edən bir ildə "The World Ahead" sizə qapı arxasına baxmağa və bundan sonra nələrin baş verə biləcəyini anlamağa kömək edəcək", - nəşr qeyd edib.
Üz qabığı müxtəlif şəkillərin kollajından ibarətdir. Qara, qırmızı və ağ rənglərdən istifadə edilib. Mərkəzdə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın fotoşəkili var. Həmçinin üz qabığında Rusiya lideri Vladimir Putin, ÇXR-in sədri Si Cinpin, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenski də yer alıb. Kollajın aşağı hissəsində ingilis yazıçısı Ceyn Ostinin də şəkli var.
Bundan əlavə, kollaj raket şəkilləri, artım və eniş qrafiki, yumruq, qum saatı, zavod, radiasiya təhlükəsizliyi nişanı, yuan işarəsi, Saturn və Yer planeti, şəhər, içərisində qırmızı maye olan şpris, şarjı bitmiş elektrik avtomobili və mikrosxemlər ilə tamamlanır.
Seçilən
25
oxu.az

1Mənbələr