AZ

Oturaq həyat tərzi ömrü qısaldır

Çoxsaylı araşdırmalara görə, oturaq həyat tərzi gözlənilən ömrün qısalmasının səbəblərindən biridir. Rusiyanın məşhur kardioloqu və teleaparıcısı doktor Aleksandr Myasnikov “Rossiya 1” telekanalının “Ən vacibi haqqında” verilişində oturaq həyat tərzinin insan sağlamlığına necə təsir etdiyini ətraflı izah edib.

Oturarkən kürək əyilir, bu da əzələlərə və oynaqlara gərginlik verir, ağrı və onurğada müxtəlif problemlər yaradır.

Doktor Myasnikovun sözlərinə görə, oturan vəziyyətdə ürəyə düşən yük ayaq üstə və ya yatarkən düşən yükdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu, vaxtının çoxunu oturaraq keçirən insanlarda ürək-damar xəstəlikləri riskinin daha yüksək olduğunu göstərən çoxsaylı araşdırmalarla təsdiqlənir.

Bundan əlavə, oturaq həyat tərzi depressiya, osteoporoz, infarkt, insult, mədə xorası və bəzi xərçəng növləri riskini artırır. Doktor Myasnikov bütün xərçəng hadisələrinin 10%-nin fiziki fəaliyyətin olmaması ilə əlaqəli olduğunu iddia edir.

Belə mənfi nəticələrin qarşısını almaq üçün doktor Myasnikov mümkün qədər tez-tez ayağa qalxmağı və hərəkət etməyi tövsiyə edir.

"Bu, çox asandır - ayağa qalx və hərəkət et" - həkim bildirib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
40
ikisahil.az

1Mənbələr