AZ

"Sonar Farm" cərimələndi - QƏRAR

Nərimanov Rayon Məhkəməsində "Sonar Farm" MMC barəsində tərtib olunan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla MMC cərimələnib.

 

Qeyd: Şirkət barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

Xəyal Quliyev

Tarix: 20 Noyabr 2024, 08:07   
Seçilən
34
2
pravda.az

6Mənbələr