AZ

Azərbaycanlı hakim beynəlxalq yarışda - İLK DƏFƏ

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim diplomuna yeni layiq görülmüş Əsgərova beynəlxalq yarışda ölkəmizi ilk dəfə təmsil edəcək.

O, 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında hakimlik edəcək. Noyabrın 20-23-də Polşanın Debika şəhərində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi komandası mübarizə aparacaq. /idman.biz

Seçilən
10
6
bakivaxti.az

9Mənbələr