AZ

Tbilisidə son durum: Nümayişlər dayandı, etiraz edənlər...

Tbilisinin mərkəzində etiraz dayandı, nümayişçilər evlərinə getdilər, bu da hakimiyyətə prospektlərdə nəqliyyatın hərəkətini bərpa etməyə imkan verdi. Xüsusi təyinatlılar küçələri zibildən təmizləyir.

Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, nümayişçilər Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrinə etiraz olaraq Çavçavadze prospektində, Tbilisi Dövlət Universitetinin binası qarşısında aksiya keçiriblər.

Noyabrın 19-da axşam saatlarında gürcü polisləri kütləvi etiraz aksiyasının iştirakçılarını Melikişvili prospektinə sıxışdırıblar.

Müxalifət liderlərindən biri Zurab Caparidze etirazçıları küçələri tərk edərək evlərinə gedib dincəlməyə çağırıb.

Seçilən
13
publika.az

1Mənbələr