AZ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2023-cü ili 162 min manat zərərlə başa vurub.

Missiya.Az Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 4,5 dəfə çoxdur.

Bununla da, qurumun yığılmış zərəri 2,2 % artaraq 1,66 milyon manata çatıb.

Ötən il İİTKM-nın əməliyyat gəlirləri 233 min manat (əvvəlki ilə nisbətən 4,5 % az), qeyri-əməliyyat gəlirləri 2,586 milyon manat (76,3 % çox), ümumi və inzibati xərcləri 2,65 milyon manat (89,4 % çox), torpaq, tikili və avadanlıqların amortizasiyası xərcləri isə 332 min manat (4,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə İİTKM-nın aktivləri 5,643 milyon manat olub ki, bu da illik müqayisədə 2,8 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 12,5 % artaraq 3 min manata çatıb, balans kapitalı isə 2,8 % azalaraq 5,641 milyon manata düşüb.

Xatırladaq ki, İİTKM Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ölkənin nailiyyətlərinin təbliğ etməklə məşğuldur.

Seçilən
13
2
missiya.az

3Mənbələr