AZ

Şahzadənin oğlu həbs edildi: görün nələr edirmiş

Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Hoibinin zorlama hadisəsində əli olduğu iddiası ilə saxlanıldığı bildirilib.

Publika.az xəbər verir ki, Oslo polisi verdiyi açıqlamada Hoibinin Osloda "huşunu itirmiş və ya başqa səbəblərdən hərəkətə müqavimət göstərə bilməyən birinə cinsi təcavüz etməkdə" günahlandırıldığını bildirib.

Zorlandığı iddia edilən qadının vəkili Hege Salomon müvəkkilinin pis günlər keçirdiyini deyib. Saxlanma hadisəsi ilə bağlı kral sarayından açıqlama verilməyib.

Bildirilir ki, Hoibi əvvəllər də avtomobili vəsiqəsiz idarə etmək, başqalarına zərər vurmaq kimi müxtəlif qanun pozuntularına yol verib.

Seçilən
42
publika.az

1Mənbələr