AZ

Netanyahu vəd verdi: "Hər girova üçün 5 milyon dollar..."

"İsrailli girovu qaytaran hər kəs 5 milyon dollar və Qəzzadan təhlükəsiz keçid alacaq".

Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bu sözləri Qəzza zolağında İsrailin mövqelərinə baş çəkən İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, İsrail bütün girovları diri və ya ölü qaytarmaq üçün hər şeyi edəcək:

"İsrail hər girovun qaytarılması üçün bir neçə milyon dollar ödəyəcək". 

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Həmas-ın endirdiyi zərbələr nəticəsində İsraildə təxminən 1200 nəfər ölüb, 251 nəfər girov götürülüb. Noyabrın sonunda bir həftəlik atəşkəs zamanı Həmas 4 girovu geri qaytarıb. Bundan başqa, fələstinli məhbusların azad edilməsi müqabilində 105 girovda geri qaytarılmışdı. İsrail əsgərləri tərəfindən 8 girov azad edilib, 37 girovun cəsədi qaytarılıb. Qəzzada hələ də ən azı 34 ölü girovun cəsədi də daxil olmaqla, 97 girov var. 

Gülşən Şərif

Seçilən
17
bakivaxti.az

1Mənbələr