AZ

Sahibkarın ölkədən çıxışına "stop" qoyulur

"Avirtoll" və "Avirstore" MMC-lərin qanuni təmsilçisi Şabani Kaşti İsmail Əziz oğlunun Azərbaycandan çıxışı məhdudlaşdırılır.

 

Pravda.az-ın xəbərinə görə, K.Şabani ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib. 

 

Müraciətin mahiyyəti xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat).

 

Qeyd: MMC-lərdən birinin - "Avirstore"un dövlətə 6500 manat borcu var.

 

Xəyal Quliyev

Tarix: 20 Noyabr 2024, 11:06   
Seçilən
30
pravda.az

1Mənbələr